Avro və dollara qadağa qoyulur
AZXEBER.COM AzərTAc-a istinadən xəbər verir ki, bunun üçün birliyə daxil olan ölkələrin ümumi ödəniş sahəsinin infrastrukturu yaradılacaq. Milli ödəniş şurasının direktorlar şurasının sədri Aleksandr Murıçev Rusiyanın NTV telekanalına bu təklifin ödəniş sistemlərinin inkişafı konsepsiyası layihəsinə daxil olduğunu deyib. Statistik məlumatlara görə, Avrasiya iqtisadi birliyi ölkələri arasındakı qarşılıqlı ödəniş dövriyyəsinin yarıya qədərini xarici valyuta olan dollar və avronun təşkil etdiyini bildirən Murıçev bu halın qurumun müvafiq iqtisadiyyatlardan asılılığını artırdığını qeyd edib.
Federasiya Şurasının da hesablaşmalarda dollar və avrodan imtina etmək ideyasını müsbət qarşıladığı bildirilir.
Xatırladaq ki, Avrasiya iqtisadi ittifaqına Rusiya, Belarus, Qazaxıstan və Ermənistan daxildir.
Mənbə:> AZXEBER.COM