Facebook pullu ola bilər? » AzNews.info -Xəbər portalı

Facebook pullu ola bilər?

Facebook pullu ola bilər?


ABŞ-dakı National Report adlı sayt Facebook-un 1 noyabr tarixindən etibarən istifadəçilərindən 2.99 dollar aylıq ödəniş tələb edəcəyini açıqlayıb.

ANS PRESS-in məlumatına görə, bu xəbər bütün dünya mətbuatında böyük səs-küyə səbəb olub. Məlumatda Mark Zukerberqin dilindən bir bəyanat da nəşr edilib. Yumor məqsədiylə yazılan xəbər çox ciddi bir dillə qələmə alındığı üçün insanlar tərəfindən informasiyaya etibar edilib.

Facebook-a qarşı etiraz aksiyası başladan bir qrup şəxsin şikayətlərindən sonra məsələdən xəbərdar olan Facebook rəhbərliyi məlumatların gerçək olmadığını açıqlayıb. National Report saytı da xəbərin yumor xatirinə yazıldığını qeyd edib.

Şirkət rəsmi açıqlama yayaraq istifadəçilərdən bu cür xəbərlərə etibar edilməməsini xahiş edib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *