28 əsgər xilas edildi
İlovayskdakı Ukrayna döyüşçülərinin bir hissəsi "Komsomol" və "Nasqvardi" briqadalarının dəstəyi ilə mühasirədən çıxarılıb.
ANS PRESS-in məlumatına görə, bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov öz Facebook səhifəsində yazıb. Nazir bildirib ki, artıq "Мirotvoreç" (14), "Хеrson" (3) və "Dnepr" (11) batalyonlarından olan 28 nəfər xilas edilib. Ancaq Çervonopolemdə mühasirəyə alınmış döyüşçülərin hələ hamısı mühasirədən çıxarılmayıb.
Avakov qeyd edib ki, terrorçuluğa qarşı əməliyyatlarda təxminən 100 döyüşçü iştirak edirdi.
Qeyd edək ki, Ukrayna ordusunun bir neçə batalyonu Donetskdə Rusiya hərbçiləri tərəfindən mühasirəyə alınmışdı. Könüllü döyüşçülər və hərbçilərin mühasirədən çıxarılması üçün əməliyyatlar keçirilir.
Mənbə:> ANSPRESS