Tarasov: “Bakıda Maydan Rusiyaya lazım deyil”
Azərbaycanda Ukrayna yaratmaq Rusiyaya lazım deyil.
Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq Stanislav Tarasov çıxış edib.
“Moskva ilə Bakı arasında siyasi fikir ayrılığı da ola bilər, ancaq iki ölkənin ortaq maraqları sabitliyə töhfə verir. Rusiya qonşu Azərbaycanda rəngli inqilaba qarşı çıxır, Qafqazda hər hansı problem onun narahatlığına səbəb olur. Azərbaycanı “ukraynalaşdırmaq” Rusiyaya və ümumiyyətlə, heç kəsə lazım deyil", - Tarasov vurğulayıb.
Mənbə:> Axar.az