Politoloq: "Kreml Qarabağa dair yeni planlar cızır" » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Politoloq: "Kreml Qarabağa dair yeni planlar cızır"

Politoloq: "Kreml Qarabağa dair yeni planlar cızır"


Artıq Ermənistanda Qarabağ prosesi ilə bağlı bir sıra yeni problemlər yaranıb, hiss olunur ki, İrəvanın arxasında dayanan Rusiyada müəyyən planlar cızılır.

Bu barədə Axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov danışıb. Politoloq Ermənistanın böyük təşviş içərisində olduğunu deyib:

“İrəvanda hakimiyyətə qarşı narazılıq mitinqlərindən sonra ermənilər müəyyən siyasi dairələrə sübut etmək istəyirlər ki, guya nəyəsə qadirdilər və Azərbaycana qarşı müqavimət göstərə bilərlər. Bir neçə gündür cəbhədəki aktivlikləri də məhz bundan qaynaqlanır. Ermənistan hazırda çox yanlış bir istiqamət götürüb. Çünki onların zərbələrinə Azərbaycan ikiqat cavab verir. Artıq Ermənistan tərəfində proseslə bağlı bir sıra yeni problemlər yaranıb, hiss olunur ki, İrəvanın arxasında dayanan Rusiyada müəyyən planlar cızılır. Bir müddət öncə ilin sonuna qədər beş rayonun qaytarılması ilə əlaqədar ortaya atılan ehtimallar heç də təsadüfi deyildi. Görünür, Rusiya tərəfindən təzyiqlə üzləşəcəklərini bildiklərindən Azərbaycana qarşı təxribatlarla müəyyən nəticə əldə etməyə çalışırlar. Məncə, Qarabağ məsələsi ilə bağlı aparıcı dövlətlərlə ciddi müzakirələr aparılır. Artıq hansısa addımların atılması qaçılmazdır. Çünki Azərbaycan hərbi potensialı ilə başa saldı ki, Qarabağla bağlı nəinki Ermənistan, Rusiya ilə də razılaşmayacaq. Buna görə də indi hansısa çıxış yolları axtarmaqdadırlar”.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *