Ermənilər fəlakət astanasındadır » AzNews.info -Xəbər portalı

Ermənilər fəlakət astanasındadır – Rus politoloq

Ermənilər fəlakət astanasındadır

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində rusiyalı politoloq Andrey Yepifantsev paylaşıb. Onun sözlərinə görə, son Qarabağ döyüşlərində İrəvanın stereotiplərinin sındırılması onun mövqelərini zəiflədib:

“Hazırda Ermənistanda başlayan kütləvi anti-Rusiya isteriyasının iki əsas səbəbi var. Birinci səbəb uzun illər mövcud olan doktrinanın uğursuzluğudur. Bu doktrina Ermənistanın zəifliyi zamanı onun ərazi iddialarını mütəffiqlərinin təmin etməsi ilə Azərbaycanın hərbi gücünün neytrallaşdırılması amilini özündə əks etdirirdi. Burada da iki problem var: a) Rusiya və KTMT-nin müttəfiq kimi yatırım etmək ideyası uğursuzluğa düçar oldu; b) Ermənistana bundan sonra heç kimə kömək edə bilməz, ona görə ki, İrəvanın bu cür müttəfiqliyə alternativ namizədləri yoxdur və olmayacaq. Bu onun Qarabağ danışıqlarındakı mövqelərinin çox yumşalmasına səbəb ola bilər. Çoxillik doktrinanın məhvi həmişə ağrılı keçir və biz hazırda onu müşahidə edirik”.

Politoloq, həmçinin, Ermənistanın 2010-cu il Ukraynasına bənzədiyini bildirib:

“İkinci səbəb erməni ictimaiyyətinin anti-Rusiya əhval-ruhiyyəsinə hazır olmasıdır. Ermənistanı buna uzun illər ərzində öz intelligensiyası hazırlayıb. Məhz onlar tarixi saxtalaşdıraraq, Rusiyanı hər şeydə günahkar edir, Hitlerin ortaqları olan erməni millətçilərini milli qəhrəman ranqı səviyyəsinə qaldırır və digər işlərlə məşğul olurdular. Bizim ictimaiyyət, ekspertlər bunu görməməyə çalışırdılar. Bu, böyük səhvdir. Mən artıq 3-4 ildir Ermənistandakı güclü anti-Rusiya əhval-ruhiyyəsindən danışıram. Ukraynalıları Banderanın (məşhur Ukrayna millətçisi – red.) heykəllərinə görə tənqid edənlər elə görünüş sərgiləyirdilər ki, guya nasist Erməni Legionunu yaradan Njdenin adına İrəvan metrosunu görmürlər. Ona görə də rus bayraqlarının yandırıldığı çarxlara baxın. Kim haqlıdır? Artıq uzun illərdir ki, müasir Ermənistanın 2010-cu il Ukraynası olduğunu deyirəm. Həmin dövrdə Ukraynada da Rusiyaya qarşı nifrət adi hal idi. Ermənistan bu mərhələni çox sürətlə keçir. Biz bunlara fikir verməyib, Ukraynada səhv etdik və indi həmin şeyləri Ermənistanda təkrar edirik”.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *