Rusiya patriarxı ermənilərə "barmaq silkələdi"
Moskva və bütün Rusiyanın patriarxı Kiril son günlər Ermənistanda davam edən etiraz aksiyalarına münasibət bildirib.
Azvision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Kiril Moskvaətrafı pravoslav kilsələrin mitroplitlərinin görüşü zamani bildirib.
Görüş zamanı Kiril mitropolitlərin diqqətini Ermənistandakı hadisələrə çəkərək qeyd edib ki, hazırda ölkədə anti-Rusiya əhvalı güclənir.
“Biz Ermənistan dövləti yaranandan provaslığa ibadət etməyən bu xalqı qoruyuruq. Biz həmişə Ermənistanı rus dövlətinin bir hissəsi hesab etmişik və azsaylı erməni-katolikləri göz bəbəyimiz kimi qorumuşuq. Belə bir çətin coğrafiyada Ermənistan heç vaxt mövcud ola bilməzdi. İndi hər şeyin necə kəskin dəyişdiyinə və etdiyimiz yaxşılıqların həyasızcasına unudulduğuna diqqət yetirin. Sən demə, biz onların hazırda sahib olduqlarını verməmişik, erməniləri özümüzə qul etmişik. Onlar Osmanlı imperiyasında qəza çəkdiyi vaxt katolik kilsəsi onları heç xatırlamadı belə. Hazırda ermənilər onları taleyin ümidinə buraxan ölkələrin çaldığı zurnaya rəqs edirlər. Erməni xalqına sülh arzulayıram, lakin onlar bir həqiqəti unutmamalıdır ki, Rusiyasız onlar bu torpaqda yaşaya bilməz”, - deyə Kiril bildirib.
Mənbə:> AzVision.az