Bütün məsələləri həll etmişik
Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın "Rosiyya 24" telekanalına müsahibə verib.
ANS PRESS-in məlumatına görə, müsahibə zamanı müxtəlif mövzular üzrə suallar cavablandırılıb.
İlham Əliyev Rusiya-Azərbaycan əməkdaşlığı, Azərbaycan iqtisadiyyatı, Dağlıq Qarabağ münaqişəsi, 2015-ci il Bakıda keçiriləcək birinci Avropa oyunlarının təşkili ilə bağlı suallara cavab verib.
İlham Əliyev bildirib ki, bu gün Moskva və Bakı arasında həll olunmamış məsələ yoxdur.
"Rusiya-Azərbaycan əməkdaşlığı hərtərəfli şəkildə inkişaf edir. İki ölkə arasında həll olunmamış məsələlər mövcud deyil. Bu gün Azərbaycan və Rusiya – iki qonşu dövlətdir və istənilən xarici təsirlərə qarşı durmağa hazırdır", deyə İlham Əliyev bildirib.
Mənbə:> ANSPRESS