Patruşev: ABŞ Rusiyanın bir ölkə kimi mövcud olmamasını istəyir
ABŞ Rusiyanın bir ölkə kimi mövcud olmamasını istəyir, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev belə hesab edir.
Oxu.Az xəbər verir ki, o, bu barədə “Komersant” qəzetinə verdiyi müsahibəsində bildirib.
“...Ukrayna onları qətiyyən maraqlandırmır. Onları yalnız Rusiya maraqlandırır... Onlar çox istərdilər ki, Rusiya ölkə kimi ümumiyyətlə, olmasın”, - Patruşev bəyan edib.
Təhlükəsizlik Şurasının katibi öz fikrini izah edib: “Biz nəhəng sərvətlərə malikik. Amerikalılar isə hesab edirlər ki, biz onlara qanunsuz sahibik və onlara layiq deyilik, çünki onların fikrincə biz onlardan lazımi şəkildə istifadə etmirik”.
“Siz yəqin ki, ABŞ sabiq dövlət katibi Madlen Olbraytın, nə Uzaq Şərq, nə də Sibir Rusiyaya məxsus deyil kimi fikrini xatırlayırsınız”, - Patruşev əlavə edib.
TŞ-nın katibi Patruşevin sözlərinə görə, bu həftə Rusiyanın təşəbbüsü ilə Ulan-Udedə təhlükəsizlik məsələlərinə kuratorluq edən 70-dən çox ölkənin yüksək səviyyəli nümayəndələrinin görüşü keçiriləcək.
Mənbə:> Oxu.Az