Patruşev: ABŞ Ukraynada dövlət çevrilişini 5 milyard dollara təşkil edib
ABŞ 5 milyard dollar xərcləyərək Ukraynada dövlət çevrilişinin təşkilatçısı oldu.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev “Komersant” qəzetinə verdiyi müsahibəsində bildirib.
“Bununla yanaşı, ABŞ Ukraynada münaqişənin təşəbbüskarıdır... Bütün hadisələr onların təşəbbüsünün nəticəsidir. Bu yaxınlarda verdiyi müsahibələrin birində Barak Obama bunu etiraf edib”, - Patruşev bəyan edib.
“Hakimiyyətin dəyişməsi (Ukraynada) orada baş verən hadisələr üçün impulsa çevrildi. Kerrinin (ABŞ dövlət katibinin) Nuland (Viktoriya) adlı köməkçisi var, o, ABŞ-ın bu hadisələrin baş verməsi üçün 5 milyard dollar xərclədiyini səsləndirib”, - Patruşev qeyd edib.
Rusiya TŞ-nın rəhbərinin sözlərinə görə “aydındır ki, bu ölkədə sabitliyin pozulması layihəsinin arxasında Rusiyanın radikal zəifləməsi vasitəsi durur... Eyni zamanda, Avropa ölkələrinin “ipini boş buraxmamaq” məsələsi həll edilir, bu ölkələrin maraqları və fikirləri nəzərə alınmadan Rusiya əleyhinə sanksiyalar və yürüşlər anlayışı yeridilir”.
Mənbə:> Oxu.Az