Sarkisyan Qərbə üz tutur: Rusiya isə Azərbaycanı… » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Dünya

Sarkisyan Qərbə üz tutur: Rusiya isə Azərbaycanı…

Sarkisyan Qərbə üz tutur: Rusiya isə Azərbaycanı…


Sarkisyan açıq şəkildə Moskva ilə bazarlığa başlayıb.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert Qarabağ prosesi ətrafında hazırkı gedişatı dəyərləndirib və bildirib ki, Sarkisyan İrəvanda Lavrovun təkliflərinə “yox” deyib:

“Rus diplomatın İrəvana səfərinin təfərrüatları indi daha aydın olur. Deməli, Lavrov Sərksiyanı ən azı beş rayonu boşaltmağa çağırıb. Əgər buna razılıq verilsəydi, Lavrov Bakıya gəlib bu məsələni Azərbaycan rəhbərliyi qarşısında qaldıracaq, əvəzində isə güc tətbiq edilməyəcəyinə dair təminat alacaqdı. Ermənistan hazırda bu məsələyə başqa don geyindirir. Dəfələrlə bəyan edib ki, Rusiya Azərbaycana silah satmağa davam edəcəyi halda İrəvan təhlükəsizliyin təminatçısı rolunu Mosvaya etibar edə bilməz. Çox güman ki, bu məsələnin də rolu olub. Bütün olanlar o nəticəyə gəlməyə əsas verir ki, Ermənistan özünə yeni xətt seçməyə başlayır. Məqsəd Rusiyadan asılı olmadığını göstərməkdir. Bu isə bir növ Qərbə mesajdır: yəni Ermənistan artıq regionda müstəqil oyunçudur. Sarkisyan bu xətti möhkəmləndirməyə çalışacaq. Bu, nəinki Kremlin xoşuna gəlməyəcək, hətta Moskvanı İrəvana qarşı sərt addımlar atmağa kimi apara bilər”.

İ.Vəlizadənin sözlərinə görə, artıq Rusiyada da anlayırlar ki, belə bir vəziyyətdə Sərkisyanla məhsuldar danışıqlar aparmağa lüzum yoxdur:

“Çox güman ki, bundan sonra Rusiya hərbi vəziyyətlə bağlı Azərbaycana birbaşa təzyiq etməyəcək. Azərbaycan əvvələr həm Rusiya, həm Ermənistanın müqaviməti ilə üz-üzəydi. İndi isə Rusiya tərəfdən müqavimət azalacaq. Bu və ya digər şəkildə yolu açılan Azərbaycanın Ermənistanla bağlı qərarı isə məhsuldar ola bilər”.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *