Matvienko Bakı ilə əməkdaşlıqdan danışdı: Biz hər zaman yanınızdayıq
“Gələcək qarşılıqlı fəaliyyət üçün başlanğıc var”.
Federasiya Şurasının spikeri Valentina Matvienko Dağlıq Qarabağ üzrə Ermənistan və Azərbaycan dialoqunun bərpasına ümid edir.
Oxu.Az İnterfaksa istinadən xəbər verir.
“Ümid edirik ki, dialoq bərpa ediləcək, yenidən başlayacaq”, - V.Motvienko Azərbaycan Milli Məclisin sədri Oqtay Əsədov ilə Sankt-Peterburqda MDB PAA çərçivəsində keçirilən görüşdə bildirib.
V.Matvienkonun sözlərini Federasiya Şurasının mətbuat xidməti yayıb.
FŞ spikerinin sözlərinə görə, münaqişənin hərbi yolla həllinin olmadığı anlayışı var və bu münaqişəni yalnız danışıqlar yolu ilə nizamlamaq mümkündür.
V.Matvienko qeyd edib ki, ilk müsbət siqnal Ermənistan və Azərbaycan prezidentlərinin Vyanadakı görüşü olub.
“Gələcək qarşılıqlı fəaliyyət üçün başlanğıc var”, - o deyib.
Bundan başqa, görüş əsnasında V.Matvienko qeyd edib ki, Rusiya Azərbaycan ilə əməkdaşlığı müsbət qiymətləndirir.
“Biz strateji tərəfdaşlarıq, hər zaman yanınızdayıq, konstruktiv dialoqumuz, bütün istiqamətlərdə qarşılıqlı fəaliyyətimiz mövcuddur”, - FŞ spikeri bəyan edib.
Mənbə:> Oxu.Az