XİN-in rəsmisi Qarabağ münaqişəsinin həlli şərtlərindən danışdı
Dağlıq Qarabağ münaqişənin həlli yalnız Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə riayət olunması ilə mümkündür.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Pekində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə müşavirənin iclasında bildirib.
“Münaqişənin həlli yalnız Azərbaycanın müstəqilliyi və beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə riayət edildiyi zaman mümkündür. Azərbaycan bu kontekstdə, münaqişənin sülh yolu ilə həll edilməsinə sadiq qalır”, - o deyib.
“Dünya ictimaiyyətinin beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının münaqişə üzrə qətnamələrinə riayət edilməsi tələb etməsi çox vacibdir”, - Xələfov əlavə edib.
O həmçinin qeyd edib ki, Dağlıq Qarabağda münaqişə beynəlxalq sülh və təhlükəsizlik üçün təhdid doğurur.
Onun sözlərinə görə, Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə müşavirənin üzv ölkələrinin dəstəyinə ümid edir.
Mənbə:> Oxu.Az