Uorlik: Münaqişənin sülh yolu ilə həlli mümkündür
Tərəflər hazır olarsa və əzm göstərərsə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli mümkün ola bilər.
Oxu.Az xəbər verir ki, bunu ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik öz “Twitter” səhifəsində yazıb.
Amerikalı həmsədr həmçinin bu gün Bakıda Dağlıq Qarabağ münaqişəsi barədə müzakirələr aparmaq üçün Azərbaycan prezidenti İlham Əliyev və XİN rəhbəri Elmar Məmmədyarovla görüşəcəyini bildirib.
Mənbə:> Oxu.Az