Kosaçev: Qarabağ üzrə kompromis mümkündür
Vyanada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar Ermənistan və Azərbaycanın kompromisə hazır olduğunu göstərir.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Federasiya Şurasının Beynəlxalq Komitəsinin rəhbəri Konstantin Kosaçev belə hesab edir.
“Hərbi əməliyyatların bərpa olunmasından sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Vyanada Minsk qrupu ölkələrinin nümayəndələrinin iştirakı ilə ilk dəfə Ermənistan və Azərbaycan prezidentlərinin danışıqlarını müşahidə edərkən növbəti dəfə münaqişə tərərəflərinin mövqelərini eyni qəbul etdiyini gördüm”, - senator bunu Federasiya Şurasının saytındakı bloqunda yazıb.
Onun fikrincə, vəziyyəti belə qəbul etməsi “bu münaqişədə vahid həqiqətin olmadığını” vurğulayır. Bu, o deməkdir ki, kompromis axtarmaq lazım gələcək. Tərəflər üçün kompromissə getmək çətin olduğu anda isə müstəqil vasitəçilər köməyə gəlməlidir.
“Rusiyaya tərəflərdən birinin qələbəsi lazım deyil, ona hər iki tərəfi qane edən, güc tətbiqi ilə həll istisna edən möhkəm sülh lazımdır”, - Kosaçev qeyd edib.
Vyanada görüşünə baxılarsa, çox şey barədə razılığa gəlmək mümkün olub. Hər şeydən öncə 1994-1995-ci illərdə əldə edilmiş razılığa əsasən atəşkəsə riayət etməyə dair ümumi istəyin olmasıdır. ATƏT-in hadisələrin araşdırılmasına, itkin düşənlərin axtarışına maksimal şəkildə cəlb etməkdir.
“Azərbaycan və Ermənistan prezidentlərinin iyunda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının yekun predmetlərini razılaşdırmaq üzrə işi davam etdirmək üçün növbəti görüşlərinin yerini və tarixini də razılaşdıracaqları da prinsipialdır. Vasitəçilər missiyası, şübhəsiz ki, vacibdir, amma əsas işi münaqişə tərəflərinin özləri aparmalıdır”, - o vurğulayıb.
Onun fikrincə, buna müqəddimə var. Kosaçev erməni parlamentindən qondarma “Dağlıq Qarabağ Respublikasının” tanınmasına dair qanun layihəsinin gündəmə daxil edilməsinin əleyhinə səs verən həmkarlarının qərarını alqışlayıb.
“Mən anlayıram ki, bir çoxları bu tanımanı istəyərdilər. Amma onlar, birtərəfli addımların deyil, dinc yolla həllin xeyrinə seçim etdilər. Bakıdan da – razılaşmaya hazırlıq barədə siqnallar var. Biz onları eşidirik və onları bütün qüvvəmizlə dəstəkləmyə hazırıq”, - parlamentari sözünü yekunlaşdırıb.
Mənbə:> Oxu.Az