Lavrov: Azərbaycan və Ermənistan atəşkəs barədə razılığa gəliblər – VİDEO
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Vyanada keçirilən görüşünün yekununda Dağlıq Qarabağda atəşkəsin əldə edilməsinin zəruri olduğu barədə razılığa gəliblər.
Oxu.Az xəbər verir ki, bunu görüşdə iştirak edən Rusiya XİN rəhbəri Sergey Lavrov bəyan edib.
Onun sözlərinə əsasən, Vyanada Dağlıq Qarabağ üzrə danışıqların iştirakçıları regionda 1994-95-ci il sazişi formatında atəşkəsə əməl olunacağına dair razılığa gəliblər.
Rusiyalı nazir qeyd edib ki, Ermənistan və Azərbaycan güzəştlərin axtarılmasının lehinədirlər və bu güzəştlərin ifadə edilməsinə kökləniblər
“Biz isə, öz növbəmizdə, buna imkan yaradacağıq”, - deyə S.Lavrov bildirib.
S.Lavrov həmçinin vurğulayıb ki, ATƏT Qarabağda baş verən insidentlərin araşdırmaq üçün konkret addımlar atacaq.
Rusiya XİN rəhbəri həmçinin bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan cari ilin iyun ayında növbəti görüşün vaxtını və yerini razılaşdıracaqlar.
Mənbə:> Oxu.Az