Nalbandyan Bern görüşü haqqında: Münaqişə üzrə yanaşmalar uyğun gəlmir » AzNews.info -Xəbər portalı

Nalbandyan Bern görüşü haqqında: Münaqişə üzrə yanaşmalar uyğun gəlmir

Nalbandyan Bern görüşü haqqında: Münaqişə üzrə yanaşmalar uyğun gəlmir


Ermənistan və Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi üzrə yanaşmaları yaxın deyil və ya üst-üstə düşmür.

Oxu.Az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan yerli telekanallara Azərbaycan və Ermənistan prezidentlərinin Bern (İsveçrə) şəhərində baş tutan görüşünün yekunlarını şərh edərkən bildirib.

“Ermənistan danışıqlar prosesinin davam etdirilməsi, problemin danışıqlar vasitəsi ilə nizamlanmasının tərəfdarı olub və qalmaqdadır. Danışıqlara alternativ yoxdur. Erməni tərəfi ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk qrupunun həmsədrlərinin təklifləri əsasında danışıqları davam etdirmək və nizamlanmaya doğru irəliləməyə hazırdır”, - deyə Nalbandyan bildirib.

XİN rəhbəri bildirib ki, Berndə keçirilən görüşdə tərəflər Dağlıq Qarabağ “probleminin nizamlanmasının müxtəlif elementləri, həll prinsiplərinə öz yanaşmalarını ifadə ediblər”.

Onun sözlərinə görə, “təəssüflə yenidən qeyd edə bilərik ki, tərəflərin yanaşmaları bir-birinə yaxın deyil və ya üst-üstə düşmür”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *