Zərdüşt Əlizadə Qarabağda yeni döyüşlərdən danışdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Zərdüşt Əlizadə Qarabağda yeni döyüşlərdən danışdı

Zərdüşt Əlizadə Qarabağda yeni döyüşlərdən danışdı


Məşhur azərbaycanlı politoloq Zərdüşt Əlizadə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında münaqişənin dinc yolla həll etmək üzrə davam edən danışıqlardan müsbət nəticə gözləmir.

Oxu.Az xəbər verir ki, bu barədə politoloq “İnterfaks” agentliyinə verdiyi müsahibəsində bildirib.

“Mən danışıqlardan konkret olaraq müsbət heç nə gözləmirəm. Danışıqların məqsədi aydındır – bu münaqişəni dondurmağa və problemin mahiyyətinin dəyişməz olaraq saxlamağa cəhddir. Rusiya da bu mövqedən çıxış edir”, - ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada baş tutan görüşünü şərh edərkən Z.Əlizadə bildirib.

Politoloqun sözlərinə görə, Kreml uzaq başı danışıqların formatını müəyyən şəkildə dəyişməyə hazırdır.

Politoloq, həmçinin Qarabağ münaqişəsinin tənzimlənməsində digər vasitəçilərin – Fransa və ABŞ-ın da fəaliyyətini səmimi hesab etmir.

“Fransa və ABŞ-a gəldikdə isə onlar sadəcə münaqişədən faydalanmaq istəyirlər və faydalanırlar da”, - o deyib.

Z.Əlizadə Ermənistan-Azərbaycan münaqişəsi xəttində vəziyyətin cari ilin aprel ayının əvvəlində olduğu kimi yenidən gərginləşməsini istisna etmir.

“Təbii ki, bu, təkrarlana bilər”, - o vurğulayıb.

Politoloqun fikrincə, işğal edilmiş bir sıra rayonların Azərbaycana qaytarılması sadəcə söhbətdir.

Z.Əlizadə hesab edir ki, Ermənistan-Azərbaycan münaqişəsini gələcəkdə, 70 ilə yaxın həll edilməyən ərəb-İsrail məsələsinin taleyi gözləyə bilər. Bundan başqa onun fikrincə, vasitəçilər xalq diplomatiyasının yürüdülməsinə mane olurlar.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *