Politoloq: Bakının İrəvana təzyiqi nəticə verir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Politoloq: Bakının İrəvana təzyiqi nəticə verir

Politoloq: Bakının İrəvana təzyiqi nəticə verir


Azərbaycanın Minsk Qrupundan imtina etməsi və həmsədrlikdə görmək istədiyi dövlətlərlə bağlı məsələ geniş müzakirə olunur.

Axar.az xəbər verir ki, bu açıqlama ilə politoloq Elxan Şahinoğlu çıxış edib. O, Bakının Minsk Qrupundan imtina etməsinin İrəvanın işinə yarayacağını bildirib:

“İrəvan dərhal beynəlxalq aləmdə özünü “sülhpərvər” kimi göstərməyə çalışacaq. Onsuz da həmsədrlər Ermənistanın xeyrinə status-kvonu saxlayırlar. Bakı Minsk Qrupundan imtina edərsə, danışıqlara son verən tərəf olacaq. Bu da müharibə anlamına gələcək ki, nəticədə də Avrasiya bölgəsində enerji və tranzit layihələri təhlükə altında qala bilər. Ona görə də rəsmi Bakı indiki şərtlər daxilində müharibə qərarı verməyə tələsməyəcək”.

Politoloqun sözlərinə görə, Azərbaycan həmsədrlikdə Almaniya və Türkiyənin olmasından yanadır:

“Buna görə də rəsmi Bakı ATƏT-in mənzil qərargahında - Vyanada Minsk Qrupunun bütün üzv dövlətlərinin iştirakı ilə konfrans keçirməyi təklif edir.

İndiki şəraitdə yeganə alternativ Ermənistanı və Dağlıq Qarabağ separatçılarını təzyiq altında saxlamaqdır. Bu, az da olsa, müsbət nəticə verir. Ermənistan azalan insani və maliyyə potensialını işğal altındakı torpaqların qorunmasına xərcləyir və bu potensial getdikcə tükənir”, - deyə politoloq qeyd edib.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *