Sarkisyan ATƏT-in Minsk qrupunun formatından danışdı
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsini inad edir, amma bu heç bir nəticə verməyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan “Deutsche Welle”ə verdiyi müsahibəsində bildirib.
“ATƏT-in Minsk qrupu Qarabağ münaqişəsinin tənzimlənməsinin optimal formatıdır və bu illər ərzində heç bir nəticənin əldə olunmadığını demək olmaz. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsini inad edir, amma bu heç bir nəticə verməyəcək. Belə ki, MQ həmsədrlərinin Dağlıq Qarabağda hadisələrə təsir etmək üçün yetərincə çoxsaylı vasitələri mövcuddur”, - Sarkisyan deyib.
Almaniya Avropa İttifaqının Qarabağ münaqişəsinin tənzimlənməsində hansı rolu oynaya biləcəkləri haqqında suala cavab olaraq Sarkisyan:
“Almaniya gəldikdə o, indi ATƏT-də sədrlik edir. Bu təşkilatın çox sayda vasitələri mövcuddur və mən əminəm ki, o, bu vasitələrdən çox səmərəli istifadə edə biləcək. Bundan başqa, Almaniya Minsk qrupunun üzvüdür”, deyib.
Mənbə:> Oxu.az