Amerikalı səfir Minsk qrupunun fəaliyyətindən danışdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Amerikalı səfir Minsk qrupunun fəaliyyətindən danışdı

Amerikalı səfir Minsk qrupunun fəaliyyətindən danışdı


ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə davamlı həllinə çalışaraq məsələni irəli aparmaq istəyən bir qrupdur.

AzNews.info-nun APA-ya istinadən məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Onun sözlərinə görə, Minsk qrupu həmsədrləri, o cümlədən Ceyms Uorlik bununla bağlı bəyanat yayıb:

“Onların fəaliyyətləri uzun müddət davam edən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə yönəlib. Bu isə ATƏT-in prinsiplərinə uyğun kontekstdə həyata keçirilən fəaliyyətdir”.

Səfir bildirib ki, NATO üzvləri azad və sülhün bərqərar olduğu Avropa görmək istəyir:

“Bu məqsədə nail olmaq üçün NATO-ya üzv ölkələr birgə fəaliyyət göstərərək Helsinki və BMT prinsipləri əsasında münaqişələrin birgə həlli üçün çalışmalıdırlar”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *