KİV: Bağdadda fövqəladə vəziyyət elan olunub
İraqın dövlət məmurları şənbə günü etirazçılar tərəfindən parlament binasına hücumundan sonra Bağdadda fövqəladə vəziyyət elan ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi Səəd Mannaya istinadən NBC məlumat yayıb.
“İraqın təhlükəsizlik orqanları Bağdadda fövqəladə vəziyyət elan ediblər”, - deyə o bildirib.
“Bağdada gedən bütün yollar bağlanıb. Kimsənin Bağdada girişinə icazə verilmir, şəhəri tərk etmək istəyənlər bunu edə bilərlər”, - deyə Mann əlavə edib.
Mənbə:> Oxu.Az