Soçidə fövqəladə vəziyyət elan edilib – FOTO
Soçi şəhərinin Adler və Xostinski rayonlarında leysan yağışların yaratdığı daşqınlar nəticəsində fövqəladə vəziyyət elan edilib.
AzNews.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, fövqəladə vəziyyət Soçinin meri Anatoli Paxomovun göstərişi əsasında tətbiq edilib. Sakinlərə şəxsi avtomobillərdən istifadə etməmək tövsiyə olunub.
“Adler və Xostinski rayonlarında xilasetmə əməliyyatları keçirilir. FHN-in texnikası və canlı qüvvəsi Kudepsta, Mirnıy, Verxneye Blinovo, Kepşa, Çaysovxoz qəsəbələrində təbii fəlakətin fəsadlarının aradan qaldırır”, deyə yerli KİV-lər qeyd edir. .
İlkin məlumata görə, fövqəladə vəziyyət iyunun 26-dək davam edəcək.
Qeyd edək ki, daşqın nəticəsində şəhərin küçələrində nəqliyyatın hərəkəti məhdudlaşıb. Elektrik enerjisinin və içməli suyunun verilişində məhdudiyyətlər yaranıb. Hava əlaqəsi də müvəqqəti dayandırılıb.
Mənbə:> APA