Bolqarıstanda fövqəladə hal » AzNews.info -Xəbər portalı

Bölmə: Dünya

Bolqarıstanda fövqəladə hal

Bolqarıstanda fövqəladə hal


Bolqarıstanın cənubuna yağan güclü qar bölgədə fövqəladə vəziyyətin elan edilməsinə səbəb olub.

ANS PRESS-in məlumatına görə, xüsusilə, Smolyan bölgəsinin Rudozem şəhərində xaotik vəziyyət yaranıb. Ölkənin cənubunda bir neçə gündür ki, sərt və şaxtalı hava şəraiti hökm sürür.

Smolyan bölgəsinin böyük hissəsində elektrik enerjisi kəsilib. Buna yağan qarın ağırlığından ağacların elektrik naqillərinin üzərinə aşması səbəb olub. Əksər yollarda görünmə dərəcəsi aşağı düşdüyündən, nəqliyyatın hərəkəti iflic olub. Bəzi yollar tamamilə bağlanıb.

Bolqarıstanın şərqində, Qara dəniz sahilində yerləşən Varna limanı da güclü külək səbəbindən bağlanıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *