Qar ABŞ-ı iflic etdi
ABŞ-ın qərbində yerləşən Nyu-York ştatında güclü qar yağıb. Belə ki, yerə saatda 13 santimetr qar düşüb. Qar yağmamışdan əvvəl qeyri-adi qar qasırğası başlayıb.
ANS PRESS-in məlumatına görə, qar yağması nəticəsində 7 nəfər dünyasını dəyişib. Ölənlərdən biri yolda qalmış avtobusda donub. Qasırğa bəzi əraziləri iflic vəziyyətə salıb.
Rəsmi nümayəndələri qar birillik normadan çox olduğunu deyiblər. Hazırda fövqəladə vəziyyət elan olunub. Yolların çoxunda nəqliyyatın hərəkəti qadağan edilib.
Mənbə:> ANSPRESS