Əri teleaparıcını döyüb iflic elədi – VİDEO+FOTO
Türkiyəli teleaparıcı həyat yoldaşı tərəfindən döyülərək iflic olub. ANS PRESS-in məlumatına görə, döyülmə Kübra Ekənin erkən doğuş keçirməsinə səbəb olub.
Doğuşdan sonra o, huşunu itirərək xəstəxanaya aparılıb. Aparıcı özündə olmadığı üçün məhkəmədə də ifadə verə bilməyib.Keçirilən son məhkəmədə o, yazılı formada ifadə verib. O, bildrib ki, hamiləliyə görə əri ilə mübahisə ediblər və əri onu döyüb. Kübra Ekən yazılı ifadəsində bildirb ki, əri onun başına əli ilə 4 dəfə vurub.
Kübra Ekenin əri N.B.E isə bu məhkəmə nəticəsində doğruların ortaya çıxacağını deyib. Araşdırmada isə Kübra Ekənin döyülərək iflic olduğu bildirilib.
Mənbə:> ANSPRESS