İtaliyada xəbərdarlıq elan edildi
İtaliyada aramsız yağan yağış daşqına səbəb olub. Liquriya bölgəsinin Karasko və Çiavari şəhərlərində daşqın fəsadlara yol açıb. Leivi şəhərində isə daşqın və torpaq sürüşməsi nəticəsində 2 nəfərin itkin düşdüyü bildirilir. Burada çaylar öz məcrasından çıxıb, yolları su basıb.
Çiavari şəhərində onlarla adam yanğınsöndürən və xilasedicilər tərəfindən xilas edilib.
Torpaq sürüşməsi Çiavari və Zoaqli şəhərlərində dəmiryol nəqliyyatının hərəkətini iflic edib. Pis hava şəraiti İtaliyanın bir çox bölgələrində nəqliyyatın işinə mənfi təsir göstərib.
Ölkənin şimalında da daşqın və torpaq sürüşməsi təhlükəsi ilə bağlı xəbərdarlıq edilib, məktəblər bağlanıb.
Mənbə:> ANSPRESS