Torpaq 140 evi “uddu” » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Dünya

Torpaq 140 evi “uddu”

Torpaq 140 evi “uddu”


Cənubi Asiya ölkələrindən olan Şri-Lankada torpaq sürüşməsi can almağa davam edir.

ANS PRESS-in məlumatına görə, Şri-Lankanın Badulla bölgəsində baş verən torpaq sürüşməsi nəticəsində ən az 140 evin torpaq altında qaldığı açıqlanıb.

Şri-Lankanın fövqəladə hallar naziri Mahinda Amaravera təbii fəlakətin 100-dən artıq insanın ölümünə səbəb olduğunu qeyd edib.

300 nəfərdən artıq yerli sakinlərin itkin düşdüyü bildirilir.

Bundan başqa, nazir paytaxt Kolombodan 190 kilometr məsafədə yerləşən Haldummula kəndində ölüm sayının arta biləcəyi ehtimalının da olduğunu vurğulayıb.

Qeyd edək ki, bölgədə yağan güclü yağışlar xilasetmə işlərini də ləngidir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *