Meksikada təbii fəlakət: 6 ölü
"Trudi" tropik qasırğası Meksikanın cənubunda daşqın və torpaq sürüşmələrinə səbəb olub.
ANS PRESS-in məlumatına görə, təbii fəlakət nəticəsində, ən son məlumatlara görə, 6 nəfər ölüb. Onlardan 5-i torpaq sürüşməsinin qurbanı olub.
Bəzi yerlərdə çaylar öz məcrasından çıxaraq yaşayış məntəqələrini basıb. 36 yaşayış məntəqəsində fövqəladə vəziyyət elan edilib. 4000-dən çox sakin evakuasiya edilərək müvəqqəti sığınacaqlara yerləşdirilib.
Akapulko və Oaxaka bölgəsində məktəblər bağlanıb.
Mənbə:> ANSPRESS