ABŞ-da fövqəladə vəziyyət
ABŞ-ın Merilend əyalətinin Baltimor şəhərində fövqəladə vəziyyət elan olundu.
ANS PRESS-in məlumatına görə, polis zorakılığı nəticəsində dünyasını dəyişən 25 yaşlı qaradərili Freddi Qreyin dəfnindən sonra polislə vətəndaşlar arasında gərginlik baş verib.
Baş vermiş hadisələr zamanı yerlilər hücum edərək polis və mülki şəxslərə aid avtomobilləri yandırıb, yaxınlıqda olan mağazaları qarət ediblər.
Gərginliyin çoxalmasından sonra Merilend qubernatoru Lerri Hoqan bölgəyə Milli mühafizəçilər alayını cəlb edib və əyalətdə fövqəladə vəziyyət elan edib.
Baltimore bələdiyyəsinin sədri Stefani Ravlinqs-Bleyk şəhərdə gecə 22.00-dən səhər 05.00-ə qədər komendant saatı tətbiq olunduğunu, bunun bir həftə davam edəcəyini bildirib.
Qeyd edək ki, baş vermiş gərginliklər zamanı 15 nəfəri polis olmaqla çox sayda insan xəsarət alıb. Xəstəxanaya çatdırılan 2 polisdən birinin vəziyyəti ağırdır. Ən azı 30 nəfər isə polis tərəfindən saxlanılıb.
Mənbə:> ANSPRESS