Rusiyada dəhşət: 15 ölü, 483 yaralı
Rusiya Federasiyasının Xakasiya Respublikasında irimiqyaslı meşə yanğınları baş verib.
ANS PRESS-in məlumatına görə, yanğın bir neçə yaşayış məntəqəsini əhatə edib. Hadisə nəticəsində 21 yaşayış məntəqəsində 483 nəfərin xəsarət aldığı, 15 nəfərin isə öldüyü bildirilir. Xəsarət alanlardan 11-nin vəziyyəti ağırdır. 1 nəfər isə itkin düşmüş hesab edilir.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğınla əlaqədar regionda fövqəladə vəziyyət elan edilib. 500-dən çox adam evakuasiya edilib. 120-ə yaxın evin yandığı, 900-ə yaxın evə isə qismən ziyan dəydiyi bildirilir.
Yanğınla mübarizəyə 1000-dən çox yanğınsöndürən cəlb edilib. Yanğınsöndürənlər hələlik 4 yanğını nəzarət altına ala biliblər.
İlkin ehtimala görə, yanğına biçilmiş əkin sahəsinin yandırılması zamanı alovun nəzarətsiz qalması, quru hava və güclü külək səbəb olub.
Mənbə:> ANSPRESS