Rusiyada yanğın: 100 ev alovlandı
Rusiya Federasiyasının tərkibində olan Xakasiya Respublikasında baş verən yanğın nəticəsində 100-dən çox ev yanıb.
ANS PRESS-in məlumatına görə, bunu operativ qərargah nümayəndəsi öz açıqlamasında deyib. Yanan evlərin Xakasiya Respublikasının 16 məskunlaşmış məntəqəsində yerləşdiyi bildirilib.
Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Viktor Yatsutsenko yanğın haqqında açıqlama verib. O, Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Vladimir Puçkovun çağırdığı yığıncaqda 15 nəfərin xəsarət aldığını, onlardan ikisinin vəziyyətinin ağır olduğunu deyib.
Mənbə:> ANSPRESS