Bakıdakı güclü yanğınla bağlı açıqlama
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda ikimərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.
ANS PRESS-in FHN-nin rəsmi saytına istinadən məlumatına görə, Qaradağ rayonunda ümumi sahəsi 900 kv.m olan (hər mərtəbəsi 450 kv.m) çoxmənzilli ikimərtəbəli qamışdan ibarət yaşayış binasının 1-ci mərtəbəsində mənzillərin arakəsmə divarları 96 kv.m sahədə, 2-ci mərtəbədə 6 mənzilin yanar konstruksiyaları və dam örtüyü 450 kv.m sahədə (ümumi 545 kv.m sahədə) yanıb.
Yanğın zamanı binadan 33 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub və 2 nəfər xəsarət alan aidiyyatı üzrə təhvil verilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mənbə:> ANSPRESS