Krımda fövqəladə vəziyyət elan olunub
Krımda noyabrın 22-nə keçən gecə fövqəladə vəziyyət elan edilib. Buna səbəb Ukraynadan yarımadaya elektrik enerjisinin verilişinin tam dayandırılmasıdır.
AzNews.info-nun APA-ya istinadən məlumatına görə, bu barədə “RİA Novosti”yə Rusiya FHN-nin Krım üzrə idarəsinin informasiya təminatı şöbəsinin rəhbəri Vladimir İvanov bildirib.
Ukrayna DİN-nin məlumatına görə, Ukraynanın Xerson vilayətində Rusiyaya birləşdirilmiş Krım yarımadasını elektrik enerjisi ilə təmin edən ötürücü xətt partladılıb. Elektrik enerjisinin verilişində yaranmış problem nəticəsində yarımada, demək olar ki, tamamilə işıqsız qalıb.
“Ukraynadan yarımadaya elektrik enerjisinin verilişinin tam dayandırılması ilə bağlı Krımda fövqəladə vəziyyət elan olunub”, deyə İvanov bildirib.
Mənbə:> APA