Türkiyədə həyat dayandı: Bütün ölkədə işıqlar söndü » AzNews.info -Xəbər portalı

Bölmə: Dünya

Türkiyədə həyat dayandı: Bütün ölkədə işıqlar söndü

Türkiyədə həyat dayandı: Bütün ölkədə işıqlar söndü


Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi İstanbulun elektrik enerjisinə tələbatının 80%-ni bərpa olunub.

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə energetika və təbii sərvətlər naziri Taner Yıldız məlumat verib.

“Türkiyənin əksər hissəsində, İstanbulda isə 80% elektrik enerjisinin təminatı bərpa olunub. Hesablamalarımıza görə, yaxın zamanlarda elektrik enerjisinin verilişi tamamilə bərpa olunacaq”, - nazir deyib.

Nazirliyin məlumatına əsasən, Türkiyənin Qara dəniz regionunda demək olar ki, tamamilə işıqsız qalmış yaşayış məntəqəsi qalmayıb.

Ankarada elektrik enerjisinin verilişi isə hələ də bərpa olunmayıb.

16:20

Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib ki, hakimiyyət ölkədə elektrik enerjisi təminatının kütləvi dayandırılmasının bütün mümkün səbəblərini, həmçinin terror aktı ehtimalını da araşdırır.

Energetika naziri Taner Yıldız öz növbəsində ölkədə elektrik enerjisinin çatışmazlığını istisna edib.

“Mən həmçinin kiber hücumun olduğunu da deyə bilmərəm”, - nazir deyib.



15:34

Türkiyənin əksər hissəsində elektrik enerjisi təminatının dayandırılması ilə bağlı ölkənin Energetika və Təbii Resurslar Nazirliyində antiböhran qərargahı yaradılıb.

Oxu.Az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə energetika və təbii resurslar naziri Taner Yıldız bildirib.

“Nazirliyimizdə antiböhran qərargahı işləyir. Söhbət elektrik enerjisi çatışmazlığından getmir. Elektrik enerjisinin təminatının dayandırılmasının səbələri araşdırılır. Ola bilsin ki, qəzanın səbəbi paylayıcı xətlərdə yaranmış nasazlıqlardır”, - nazir deyib.



13:53

Türkiyənin Ankara, İstanbul, İzmir, Trabzon, Aydın, Ədirnə, Muğla, Ərzurum, Tekirdağ, Sinop, Antalya, İzmir, Bursa, Adana, Bitlis, Çanakkale, Hatay, Denizli, Eskişehir, İzmit, Tunceli, Zonguldak, Elazığ, Bilecik və Samsun şəhərlərində elektrik enerjisinin verilişi dayanıb.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin əsas elektrik enerjisi şirkəti olan TEİAŞ-dan (Türkiye Elektrik İletim Anonim Şirketi) verilən məlumata görə, elektrik xətlərində yerli vaxtla saat 10:30 radələrində problem yaranıb və nəticədə bir çox bölgədə elektrik enerjisinin verilişi kəsilib.

Hazırda yaranmış problemin aradan qaldırılması üzərində iş aparılır, şirkətdən bildiriblər.

Son məlumata görə, enerjinin verilişində problemlər İstanbulda həyatı iflic edib. Ölkənin ən böyük şəhərində tramvay və metro xətləri işləmir, metroya giriş bağlanılıb.

Paytaxt Ankarada da həmçinin elektrikin olmaması səbəbindən metro qatalarının hərəkəti dayanıb.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 12 aprel 2016 13:03
  • Yazan: lily
In the latter Prada iPhone 6 Plus Cases that means I’m now way more productive on my morning commute. In the past I’ve had to resist the urge to do something while standing on Sydney Light Rail in case it slipped or I needed two hands to hold it and then I slipped. But the small size change of the iPhone SE means I can actually get a lot more done in cramped spaces.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *