Tunisdə fövqəladə vəziyyət elan edildi
Tunis hakimiyyəti ölkə ərazisində 30 gün müddətinə fövqəladə hal rejiminin tətbiq edilməsinə dair qərar qəbul edib, Reuters məlumat yayıb.
Bu bəyanatla ölkənin prezidenti Beji Kaid əs-Sebsi mühafizəçilərinin olduğu avtobusda baş verən partlayışdan sonra çıxış edib. Partlayış zamanı ən azı 12 nəfər ölüb.
Partlayış Tunisin Turizm Nazirliyi və DİN binalarının yaxınlığında baş verib.
Mənbənin sözlərinə görə, terror aktını özünü prezident mühafizəçilərinin olduğu avtobusda partladan terrorçu-kamikadze törədib.
Mənbə:> Oxu.Az