Bağdadda partlayış: 60 nəfər öldü
Bağdad yaxınlığında partlayıcı qurğu yerləşdirilmiş avtomobilin partlaması nəticəsində 60 nəfər ölüb və 200 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar. Bu barədə Reuters məlumat yayıb.
Oxu.Az xəbər verir ki, partlayış Bağdadın Sədr şiə məhəlləsində baş verib.
Hazırda heç bir terror qruplaşması partlayışa görə məsuliyyəti üzərinə götürməyib.
Mənbə:> Oxu.Az