Floridada “Zika” virusuna görə fövqəladə vəziyyət elan edildi

Florida ştatının qubernatoru Rik Skott “Zika” virusunun yayılması ilə əlaqədar ştatın dörd dairəsində fövqəladə vəziyyət elan edib.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə BayNews9 məlumat yayıb.
Bildirilir ki, Floridada “Zika” virusuna 9 yoluxma halı qedy edilib. Həkimlərin fikrinə görə, yoluxma başqa ölkələrdə səfərdə olarkən baş verib.
Mənbə: Oxu.Az