Bizə qorxulu statistika » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Səhiyyə

Bizə qorxulu statistika

Bizə qorxulu statistika


"Bütün dünyada olduğu kimi Azərbaycanda da Hepatit C virusuna yoluxma hallarında artım qeydə alınır".

Səhiyyə Nazirliyində yaradılan Hepatit B və C virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə Komissiyanın sədr müavini Həqiqət Qədirova APA-ya açıqlamasında deyib ki, 2012-ci ildə Hepatit C-yə yoluxma hallarının sayı 133 hal idisə, 2013-cü ildə bu rəqəm 181 hal olub. Onun sözlərinə görə, Hepatit C-yə qarşı peyvənd olmadığı üçün yoluxma halları ildən-ilə artır.

H.Qədirova qeyd edib ki, Hepatit B virusuna yoluxma ilə bağlı vəziyyət daha müsbətdir: “Hepatit B-yə 2012-ci ildə 194 yoluxma halı qeydə alınmışdısa, 2013-cü ildə bu rəqəm 242 hal olub. Amma onu da qeyd etməliyəm ki, bu rəqəm 2012-ci illə müqayisədə 2013-cü ildə artsa da, ümumiyyətlə, 2008-ci ildən xəstələnmə halları 2 dəfə azalıb. Belə ki, 2009-cu ildə Hepatit B-yə 465 yoluxma halı olub. Artıq Hepatit B-yə qarşı peyvənd mövcuddur və bütün dünyada olduğu kimi Azərbaycanda da bu peyvənd aparılır”.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


When it comes to the original origin of cosplay shop, people generally agree that the birthplace of cosplay is located in Japan. Of course, this is true if this is based on the current cosplay girl anime concept. But in a broad sense, the real birt

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *