Ərzaq bazarında yeni təhlükə » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Ərzaq bazarında yeni təhlükə

Ərzaq bazarında yeni təhlükə


Niderland rəhbərliyi H5N8 virusuna yoluxduğu ehtimal edilən daha 8 min baş quşu məhv edib.

Rəsmiləri indiyə qədər ölkənin 12 vilayətindən 3-ündə quş qripi kimi də tanınan H5N8 virusunu aşkarlayıblar. İndiyə qədər öldürülən quşların sayı isə 211 mini keçib.

Niderlandın səhiyyə nazirliyi virusa yoluxma hallarının daha çox ola biləcəyinə dair xəbərdarlıq edib. Səhiyyə nümayəndələri öz iddialarını fermalar arasındakı yaxınlıqla əlaqələndiriblər.

Niderland Avropada birinci, dünyada isə Amerika Birləşmiş Ştatlarından sonra ikinci ən böyük kənd təsərrüfatı ixracatçılarındandır. Quşların kütləvi şəkildə məhv edilməsi ölkə iqtisadiyyatına mənfi təsir göstərir.

Almaniyada da yeni virusa yoluxma halı aşkarlanıb. Rəsmilər Şverin şəhərində quşçuluq firmasında virus aşkarlayıblar. Ölkənin kənd təsərrüfatı naziri Til Bakhaus virusun yırtıcı quşlardan keçdiyini açıqlayıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *