Zika virusu Kanadaya çatdı
Kanadada ümumilikdə üç Zika virusuna yoluxma hadisəsi qeydə alınıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.
Qeyd edilir ki, xəstəliyə yoluxmuş şəxslərin hər biri Latın Amerikası – Kolumbiya və Salvadora səfər edib.
Yoluxma halının ikisi Britaniya Kolumbiyası əyalətində qeydə alınıb, hər iki xəstə müalicə edilib. Üçüncü hadisə isə Albertada qeydə alınıb.
Ölkənin Səhiyyə Nazirliyinin nümayəndələri əhalini bu virusun Kanadada iqlim şəraitinə görə yaşaya bilməməsini bəyan edərək sakitləşdiriblər. Onu ölkəyə yalnız xaricə səfər edən şəxslər gətirə bilər.
Zika virusu 1947-ci ildə aşkar edilib. Virus “Aedes aegypti” növlü ağcaqanad vasitəsilə yayılır.
Mənbə:> Oxu.Az