Makedoniyada fövqəladə vəziyyət elan edilib
Makedoniya hökuməti qonşu Yunanıstandan böyük qaçqın axını ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.
Oxu.Az Gazeta-ya istinadən xəbər verir ki, Makedoniya hökuməti yaydığı bəyanatda bu tədbirin ölkənin cənub sərhədində Yunanıstan ərazisindən qeyri-qanuni insan axınının kütləvi hal alması ilə əsaslandırıb.
Qeyd olunur ki, Yunanıstanla həmsərhəd bölgədə nəzarətin gücləndirilməsi üçün hərbçilər cəlb ediləcək.
Bu yaxınlarda rəsmi Skopye Makedoniyaya qeyri-qanuni miqrantların axını ilə bağlı Aİ-dən əlavə yardım istəyib.
Mənbə:> Oxu.Az