Alma-Atıda fövqəladə vəziyyət – FOTO
Qazaxıstanın Alma-Atı şəhərinin ətrafında yüzlərlə sakin uçqun və palçıq axınına görə köçürülüb. ANS PRESS-in məlumatına görə, bir neçə gün davam edən istilərdən sonra şəhərin ətrafındakı dağlarda buz əriməyə başlayıb. Nəticədə ətrafdakı göl dolub və Karqalı çayı məcrasından çıxıb.Təbii hadisə onlarla evə ziyan vurub. İtki və ya xəsarət alan yoxdur.
Alma-Atıda fövqəladə vəziyyət yaranıb
Hazırda palçıq axınının Naurzbay rayonuna çatdığı xəbər verilir. Çayın qarşısını kəsən səd hələlik tab gətirsə də dağıla da bilər. Şəhər rəhbərliyi fövqəladə vəziyyət rejimi elan edib və hadisə yerinə vertolyotlarla 2 minə yaxın xilasedici göndərilib.
Zərərçəkmiş sakinə yardım edilir
İyunun 14-də leysan yağışdan sonra gələn sel Tiflisdə 12 nəfərin ölümünə səbəb olmuşdu. Sel evləri, Tiflis zooparkını basaraq yuzlərlə şəxsə müxtəlif xəsarətlər vurmuşdu.
Mənbə:> ANSPRESS