ABŞ: "Əsgərlərimiz öldürülür"
ABŞ-ın Baş Qərargah rəhbəri Co Dunford İraqda əsgərlərinin öldürüldüyünü bildirib.
Axar.az xəbər verir ki, Dunford Şimali İraqa məsləhətləşmələr üçün əsgərlərin göndərildiyini vurğulayıb.
Dunford Dəniz Piyadasının zabiti Luis Kars və Coşua Veellerin isə döyüş zamanı öldürüldüyünü bəyan edib.
"Qoşunlarımız dünyanın başqa bir yerində olduqları zaman hərbi əməliyyat keçirirlərmi?" sualını Dunford belə cavablandırıb:
"Demək olar ki, dünyanın bütün ölkələri Yaxın Şərqdə savaşdadırlar. Biz də xalqımıza ABŞ əsgərlərinin müharibədə olduğunu deyirik".
Mənbə:> Axar.az