Pentaqon Kanadanın bu addımını alqışladı
Pentaqon Kanadanın İraqda kürd hərbi təlimlərinin keçirilməsi üçün əsgərlərinin sayını üç dəfə artırmaq qərarını alqışlayır.
Axar.az Röyter-ə istinadən xəbər verir ki, bu açıqlama ilə Pentaqonun rəsmi nümayəndəsi Piter Kuk çıxış edib.
Onun sözlərinə görə, Kanadanın bu addımı İŞİD terror qruplaşması ilə mübarizə səylərinin artırıldığının sübutudur.
Mənbə:> Axar.az