Pentaqon: ABŞ üçün əsas təhlükə İŞİD və Rusiyadır
Pentaqonun rəhbəri Eşton Karter “İslam Dövləti” (İŞİD) və Rusiyanı ABŞ üçün başlıca təhlükə hesab edir.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Kaliforniyada dəniz piyadaları qarşısında çıxış edən Karter təhlükələr sırasında birinci yerə “mübarizə aparılmalı və məğlub etməli olduğumuz İŞİD adlı bədheybət fenomeni”ni qoyub.
İkinci növbədə Karter Rusiyanın son illərdəki siyasətini göstərib.
“Biz buna (RF fəaliyyətinə) həm milli maraqlarımız nöqteyi-nəzərindən, həm də dünyanın bu hissəsində mühüm müttəfiq və tərəfdaşlarımızın olduğu üçün qarşı durmalıyıq, bundan başqa, bizim NATO qarşısında öhdəçiliklərimiz də var”, - Karter deyib.
Bununla yanaşı o, RF rəhbərliyinin Ukraynadakı fəaliyyətinin “rusiyalıları yalnız səmtə apardığı” barədə fikir bildirib, belə ki, bu, digər ölkələr ilə konfrantasiyanı gücləndirir.
“Bu ikisi (təhlükə) böyüyüb. Biz onların hər ikisinə qarşı durmalıyıq”, - o əlavə edib.
Mənbə:> Oxu.Az