Türkiyə İŞİD-ə qarşı koalisiyaya qoşulur
Türkiyə tezliklə İŞİD-ə qarşı yaradılmış və ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyaya rəsmən üzv olacaq.
Oxu.Az-ın Reuters-ə istinadən məlumatına görə, ABŞ Müdafiə nazirliyindən bildiriblər ki, Türkiyənin terrorçulara aviazərbələr endirən ölkələrin sırasına inteqrasiya edilməsinin texniki məsələləri razılaşdırılıb. Türkiyə əməliyyatlara tez başlamaq istəyir, lakin hazırlıq bir neçə gün çəkəcək.
Xatırladaq ki, bundan əvvəl ABŞ və Türkiyə Suriyanın şimalını İŞİD-dən azad edəcəklərini bildirmişdilər.
Türkiyənin İŞİD-ə qarşı beynəlxalq koalisiyaya qatılmasının vacibliyini Pentaqonun rəhbəri Eşton Karter deyib.
Mənbə:> Oxu.Az