İŞİD İstanbulu zəbt etməklə hədələyir – VİDEO
“İslam Dövləti” (İŞİD) terror qruplaşması terrorçulara qarşı mübarizə aparan beynəlxalq koalisiyaya qoşulduğu üçün Türkiyənin rəhbərliyinin ünvanına ittihamla çıxış edib.
Oxu.Az xəbər verir ki, bu barədə İŞİD tərəfdarlarının paylaşdıqları video-müraciətə əsasən xarici KİV məlumat yayıb.
Videoda İŞİD nümayəndələrinin Türkiyə prezidenti Rəcəp Ərdoğanı “iblis” və “satqın” adlandırıldıqları qeyd edilir. Onlar bu ölkənin ərazisində yerləşən tərəfdarlarını, hakimiyyətə qarşı qiyama qalxmağa çağırır və İstanbulu zəbt etməklə hədələyirlər.
The Telegraph-ın qeyd etdiyi kimi İŞİD nümayəndələri türk prezidentini “amerikalı xaçpərəstlərlə” və “cinayətkar-ateistlərlə” müttəfiqlikdə ittiham edirlər.
Mənbə:> Oxu.Az