Əsgərlərin başı kəsildi
Əfqanıstanın şərqində "Taliban" qruplaşmasının üzvləri 18 əfqan əsgərini qətlə yetiriblər.
ANS PRESS-in məlumatına görə, bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyi xəbər yayıb.
Bildirilib ki, Bədəxşan əyalətində gedən son döyüşlərdə 35-ə yaxın hərbi qulluqçu öldürülüb, itkin düşüb və yaralanıb. Onlardan bir neçəsinin başı kəsilmiş halda tapılıb. Döyüşlər "Taliban" üzvlərinin Jurm rayonunda bir neçə hərbi məntəqəyə hücum edərkən baş verib.
Yerli qubernatorun nümayəndəsi Əhməd Navid Froutan 18 əsgərin öldürüldüyünü və onlardan 8-nin başının kəsildiyini deyib. Hücuma görə məsuliyyəti "Taliban" öz üzərinə götürüb.
Mənbə:> ANSPRESS