Ağır döyüşlərdəki itkilər açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Ağır döyüşlərdəki itkilər açıqlandı

Ağır döyüşlərdəki itkilər açıqlandı


Türkiyədə təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında gedən döyüşlərdə itkilər açıqlanıb.

ANS PRESS-in məlumatına görə, Türkiyə Baş Qərargahının verdiyi açıqlamada bildirilir ki, Ağrının Diyadin bölgəsində PKK terrorçuları ilə gün boyu davam edən döyüşlərdə yaralanan 4 əsgər Ağrı Dövlət xəstəxanasına yerləşdirilib. Onlardan üçünün həyatı təhlükədə deyil. Bir əsgər isə əməliyyata alınıb. Döyüşlər zamanı 5 terrorçu öldürülüb, biri isə sağ ələ keçirilib.

Qeyd edək ki, aprelin 11-də Ağrının Diyadin bölgəsində səhər saatlarında PKK terrorçuları Türkiyə təhlükəsizlik qüvvələrinə hücum etmişdi. Axşam saatlarına qədər gedən döyüşlərlə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu, sabiq daxili işlər naziri Əfqan Ala açıqlama vermişdi. Hücum edən terrorçuların sayı 25 nəfər olub.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *